“Qarabağ”ın oyunlarının keçiriləcəyi yer dəqiqləşib
“Qarabağ”ın Avstriyada keçirəcəyi ilk yoxlama oyunlarının yeri dəqiqləşib.
Oxu.Az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Qurban Qurbanovun yetirmələri iyulun 9-da iki matça çıxacaqlar. Sabah baş tutacaq ilk görüş “Velly Arena Imst”də baş tutacaq. “Kayzerslautern”lə qarşılaşma Bakı vaxtı ilə 14:30-da başlayacaq.
Plzen “Viktoriya”sı ilə oyun 20:00-da keçiriləcək. Matç “Vestendorf”da təşkil olunacaq.
Qeyd edək ki, “Qarabağ”ın Avstriya toplanışı iyulun 5-dən 17-dək davam edəcək