Məmmədli Dəmiryol Vağzalının bir neçə addımlığı zibilliyə çevrilib – FOTO/VİDEO
Məmmədli Dəmiryol Vağzalının bir neçə addımlığı zibilliyə çevrilib – FOTO/VİDEO
Məmmədli Dəmiryol Vağzalının bir neçə addımlığındakı kanal tullantı meydanına çevrilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Qeyd olunub ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, ərazi zibillərdən təmizlənmir və kanalın ətrafına yığılan tullantılar ətrafa üfunət iyinin yayılmasına səbəb olur. Həmin kanalla kanalizasiya suyunun axdığı bildirilir.
Foto və videonu təqdim edirik:
Əzizə İsmayılova