“AstraZeneca” yan təsirlərinə görə məhkəmə fonunda preparatlarını geri qaytarır
“AstraZeneca” yan təsirlərinə görə məhkəmə fonunda preparatlarını geri qaytarır
Britaniyanın “AstraZeneca” əczaçılıq şirkəti COVID-19 peyvəndinin dünya üzrə satışı və istifadəsi üçün icazələri ləğv etməyə başlayıb. Bu, preparatların səbəb olduğu yan təsirə görə zərərçəkənlərlə hüquqi mübarizə fonunda baş verib. Ancaq şirkət bu addımı dərmana tələbatın dayanması ilə izah edib.
Şirkətin qəbul etdiyi qərara əsasən “Vaxzevria” vektor peyvəndi artıq Avropa İttifaqında istifadə oluna bilməz. Yaxın aylarda dərman Böyük Britaniyanın özündə, eləcə də digər ölkələrdə geri çağırılacaq.
Qeyd edək ki, keçən ildən Britaniya məhkəməsində koronavirusa qarşı peyvənd olunduqdan sonra yan təsirə məruz qalanların, həmçinin ölənlərin qohumları tərəfindən qaldırılan kollektiv iddiaya baxılır.
Hüquq firmalarının nümayəndələrinin fikrincə, iddiaçıların yekun sayı bir neçə yüz nəfərə çata bilər ki, bu da şirkətin milyonlarla dollar itkisinə səbəb ola bilər.
Şirkətin özü məhkəməyə təqdim edilən sənədlərdə vaksinin istifadəsinin son dərəcə nadir hallarda TTC-yə (trombositopeniya sindromu ilə tromboz) səbəb ola biləcəyini etiraf edib.
Mənbə: The Daily Telegraph