DİQQƏT: Bu tarixdə Ukraynada müharibə bitəcək…
Ukrayna Prezidenti Volodimir Zelenskinin “iyunun sonuna qədər müharibə bitə bilər” açıqlaması ictimai müzakirələrə səbəb olub.
Bu bəyanatın hansı real diplomatik siqnallara əsaslanması ilə bağlı Aztime.az Konkret.az-a istinadən bildirir ki bu barədə politoloq Tural İsmayılov açıqlama verib.
Politoloqun sözlərinə görə, hazırda Ukrayna hakimiyyəti müharibənin tezliklə başa çatması ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyur:
“Doğrudan da Ukraynanın əsas hədəflərindən biri bu müharibənin mümkün qədər qısa zamanda bitməsidir. Bu müharibəni başlayan Ukrayna deyil. Beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukrayna ərazilərini işğal edən Rusiyadır.”
ural İsmayılov qeyd edib ki, Rusiyanın işğalçı siyasəti nəticəsində dünyada arzuolunmaz bir mənzərə formalaşıb və müharibənin uzanmasına səbəb olan əsas tərəf də məhz Moskvadır:
“Bu müharibəni davam etdirən və sülhdən kənar məcraya yönəldən Rusiyadır. Amma Rusiyanın da imkanları və limitləri var. Ölkə kəskin sanksiyalarla üz-üzədir və müharibənin uzanması Rusiyanın özü üçün də sərfəli deyil.”
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.