İspaniya Kubokunda 1/8 final mərhələsində qarşılaşacaq rəqiblər bəlli olub
İspaniya Kubokunun 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, “Ponteverda” “Xetafe” ilə, “Ourensi” “Valensiya” ilə, “Almeria” “Leqanes”lə, “Elçe” “Atletiko Madrid”lə, “Real Madrid” “Selta” ilə, “Barselona” “Betis”lə, “Real Sosyedad” “Rayo Valekano” ilə, “Atletik Bilbao” isə “Osasuna” ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin görüşlərinə yanvarın 15-də start veriləcək.
