Natella Osmanlı: “Gec-tez bütün ölkələr sosial şəbəkələrin sərhədlərinə gələcəklər”
“Gec və ya tez – indi bu, yəqin ki, fantastik proqnozdur – bütün ölkələr yavaş-yavaş sosial şəbəkələrin sərhədlərinə gələcəklər”.
Oxu.Az xəbər verir ki, bunu Moskvada keçirilən MDB ölkələrinin “Dəyişən dünyada medianın inkişafı” mediaforumunda “Baku TV”nin rus versiyasının baş redaktoru Natella Osmanlı deyib.
“Bir şey olacaq, mən buna intronet deməzdim, amma başqa dövlətlərin vətəndaşları üçün müəyyən sərhədlər olacaq. İndi isə tamamilə xaos vəziyyətidir: istəyən hər kəs daxil ola bilir. Çoxlu sayda saxtakarlıq, bir ölkəni təmsil edən və əslində başqa ölkədə olan çoxlu sayda insan var.
Bütün bunlar gec-tez müəyyən strukturların nəzarətinə keçəcək. Mənim fikrimcə, bu qaçılmazdır”, – deyə o yekunlaşdırıb.
Natella Osmanlı: “Gec-tez bütün ölkələr sosial şəbəkələrin sərhədlərinə gələcəklər”