İlin ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısı açıqlanıb
“France Football” nəşri kişi futbolunda 2025-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.
Aztime.az xəbər verir ki, siyahıda beş mütəxəssis yer alıb.
Bunlar İtaliyanın “Napoli” komandasından Antonio Konte, Fransa təmsilçisi PSJ-dən Luis Enrike, İspaniyanın “Barselona” klubundan Hans-Diter Flik, İngiltərənin “Çelsi” komandasından Entso Mareska və “Liverpul”dan Arne Slotdur.
Qeyd edək ki, qalib sentyabrın 22-də açıqlanacaq.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.