İsrailin Baş Qərargah rəisi HƏMAS-la girovların azad olunması üzrə razılaşmanı dəstəkləyib
İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Fələstinin radikal HƏMAS hərəkatı ilə israilli girovların azad olunması üçün razılaşmanın bağlanmasını dəstəklədiyini bəyan edib.
Aztime.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadla yazıb.
Məlumata görə, Zamir hesab edir ki, Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi girovların həyatına təhlükə yaradır. O, həmçinin HƏMAS-ın hərbi yolla daha da zəiflədilməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələrini ifadə edib.
Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın Qəzzada hakimiyyətdən kənarlaşdırılması və radikalların tam tərksilah olunması zərurətində israr etməkdə davam edir.
Qeyd edək ki, İsrail və HƏMAS arasında qarşıdurma fonunda bir çox israilli girov hələ də təşkilatın nəzarətində qalır. Mövcud vəziyyət İsrail cəmiyyətində və hakimiyyət strukturlarında ciddi fikir ayrılığına səbəb olub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.