Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb – FOTO
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb – FOTO
Tehran şəhər Prokurorluğu “Meydan-e Azadi” aylıq qəzetinin baş redaktoru Hadi Kəsayizadə və iqtisadi jurnalist Əsəl Dadaşlıya qarşı məhkəmədə cinayət işi qaldırıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Mərkəzinə istinadən xəbər yayıb.
Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə, cinayət işinin açılmasına səbəb hər iki jurnalistin Nika Şakərəminin repressiv hökumət qüvvələri tərəfindən cinsi təcavüzə məruz qalaraq öldürülməsi ilə bağlı paylaşımlar etməsi olub.
İranın Ədliyyə-Məhkəmə Sisteminin mətbu orqanı – “Mizan” saytı Hadi Kəsayizadə və Əsəl Dadaşlının sosial media hesablarında Nika Şakərəmi haqqında yalan məlumatlar paylaşdıqlarını iddia edərək, onları dövlət quruluşu əleyhinə təbliğat aparmaqda ittiham edib.
Qeyd olunub ki, Mərziyə Mahmudi və Məhəmməd Parsi adlı daha iki jurnalist bununla bağlı məhkəməyə verilib.