Sergen Yalçından ayrılıq açıqlaması
Sergen Yalçından ayrılıq açıqlaması
Sergen Yalçın ay sonunda “Antalyaspor”dan ayrılacağını açıqlayıb.
Məlumata görə, təcrübəli çalışdırıcının ay sonunda “Beşiktaş” klubuna keçəcəyi gözlənilir. Buna səbəb isə “Beşiktaş” klubunun prezidenti Hasan Aratın – “yeni baş məşqçini bu ayın sonunda açıqlayacağam”, – deməsi olub.
Sergen Yalçın isə bu qərarını ötən gecə doğma meydanda “Pendikspor”a 1:2 hesabı ilə məğlub olduqdan sonra verib.
Qeyd edək ki, Sergen Yalçın mövsümün 2-ci yarısından etibarən “Antalyaspor” klubunu çalışdırmağa başlayıb.
Mənbə: Fotomaç.com.tr