Marsda həyat mövcud olub? – Alimlərdən yeni araşdırma – FOTO
Marsda həyat mövcud olub? – Alimlərdən yeni araşdırma – FOTO
Alimlər müəyyən ediblər ki, qədim zamanlarda Mars həyat üçün əlverişli olub.
Qeyd olunur ki, planetdə Yerdəki vəziyyətə oxşar şərait mövcud olub.
Journal of Geophysical Research: Planets jurnalında dərc olunan məqalədə qeyd olunub ki, NASA-nın “Curiosity” roverindəki “ChemCam” cihazı Mürrey formasiyasının gölünün dibindəki qayalarda yüksək səviyyədə manqan aşkar edib.
Tədqiqat göstərir ki, formasiyanın incə dənəli süxurların orta kimyəvi tərkibindən fərqli olaraq, iri dənəli süxurlar manqanla 45 dəfəyə qədər, dəmirlə isə 1,5 dəfəyə qədər zənginləşdirilib.
Alimlər həmçinin bu yerdə dəmir-manqan oksidinin çökməsinin müxtəlif mexanizmlərinə nəzər salıblar və belə nəticəyə gəliblər ki, çöküntülərin yaranmasının bütün mümkün hallarında Yer kürəsində mövcud olan oksidləşdirici şərait tələb olunur.
Mənbə: osnmedia.ru