Hərbi ekspertdən açıqlama: Hansı ölkələr Ukraynaya öz hərbçilərini göndərə bilər?
Hərbi ekspertdən açıqlama: Hansı ölkələr Ukraynaya öz hərbçilərini göndərə bilər?
“Baltikyanı ölkələr və Polşa Ukraynadakı müharibəyə öz hərbçilərini göndərə bilər”.
Bu sözləri ehtiyatda olan rusiyalı polkovnik Andrey Koşkin Lenta.ru-ya müsahibəsində deyib.
Hərbi ekspertin sözlərinə görə, artıq onların xüsusi koalisiya yarada biləcəyi barədə xəbərlər də yayılıb ki, bu koalisiyaya Baltikyanı ölkələr və Polşa daxil olacaq.
Koşkin qeyd edib ki, Qərb ölkələrinin heç də hamısı öz hərbçilərinin Ukraynaya göndərilməsini dəstəkləmir. Belə ki, Almaniya bunun qəti əleyhinədir. Bu arada, Britaniya vətəndaşları, polkovnikin sözlərinə görə, artıq müxtəlif qrup və birləşmələrin tərkibində Ukraynada döyüş əməliyyatlarında iştirak edirlər.
“Britaniya vətəndaşları müxtəlif qruplar, briqadalar və xüsusi təyinatlıların tərkibində döyüşürlər. Yalnız bunu qanuniləşdirmək qalır. Ola bilsin ki, bəzi başqa dövlətlər sadəcə olaraq onların adından kimin iştirak edəcəyi barədə məlumat dərc etsinlər”, – deyə Koşkin əlavə edib.