Faiq Qarayev: “Mənim heç bir oyunçu ilə problemim yoxdur”
Faiq Qarayev: “Mənim heç bir oyunçu ilə problemim yoxdur”
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Qızıl Avropa Liqasına hazırlıq barədə açıqlama verib.
Oxu.Az xəbər verir ki, seçmə komandanın baş məşqçisi Odina Əliyevanın milliyə çağırılıb-çağırılmayacağı ilə bağlı danışıb.
“Mənim heç bir oyunçu ilə problemim yoxdur. Onların hər birini mən böyütmüşəm. Hamısı mənim üçün əzizdir. Avropa çempionatı üçün hansı oyunçunun xidmətlərinə ehtiyac duysaq, sözsüz ki, çağıracağıq. Bizim bir çox potensiallı idmançımız var. Amma bu dəfə gənclərə şans vermək istəyirik. Xorvatiya, İsveç, Rumıniya və Slovakiya kimi güclü rəqiblərimiz var. Qızlara inanıram. Son ana kimi döyüşmələrini istəyirəm. Məqsədimiz böyüklərlə gəncləri bir araya toplayaraq keyfiyyətli komanda qurmaqdır”, – deyə tanınmış məşqçi söyləyib.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.
Anar Həsənov