ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
ABŞ səfiri Linn Treysi Rusiyanı müəyyən müddətə tərk edib.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci Kanal”ın efirində məlumat verib.
“Bəli, bildiyimiz qədəri ilə, səfir Treysi Rusiyanı müəyyən müddətə tərk edib”, – deyə o, ABŞ diplomatik missiyasının rəhbərinin həqiqətən də indi Moskvada olub-olmaması barədə sualı cavablayarkən bildirib.
“Bu barədə bizə səfirlərin dəvət edilməsi məsələsinin (Rusiya Prezidentinin andiçmə mərasiminə – red.) tam şəkildə həll olunmasından bir müddət əvvəl Xarici İşlər Nazirliyindən məlumat verilib”, – deyə Sergey Ryabkov qeyd edib.
“Bizdə Rusiyada ABŞ-nin müvəqqəti işlər vəkili var, ona görə də belə başa düşürəm ki, həmçinin Dövlət Departamentinin dünənki mesajından da məlum olduğu kimi, bugünkü mərasimdə onun iştirakı nəzərdə tutulmayacaq”, – deyə o əlavə edib.
Mənbə: TASS