Özbəkistanlı deputat: “Azərbaycanda seçkinin nəticələri ölkənin gələcək inkişafına xidmət edəcək”
Özbəkistanlı deputat: “Azərbaycanda seçkinin nəticələri ölkənin gələcək inkişafına xidmət edəcək”
Azərbaycanda növbədənkənar prezident seçkisinin nəticələri ölkənin və xalqın gələcək inkişafına xidmət edəcək.
“Report”un Qərb bürosunun məlumatına görə, bunu Xankəndidə jurnalistlərə Özbəkistan Respublikası Ali Məclisi Senat Komitəsinin sədri Odiljon İminov deyib.
“Özbəkistan parlamentariləri növbədənkənar prezident seçkisində səsvermə prosesini müşahidə etmək üçün Azərbaycan parlamenti tərəfindən dəvət olunublar. Şuşada olduq, indi Xankəndidəyik. Burada hər şey beynəlxalq standartlara uyğundur. Seçkiyə hazırlıq yaxşı səviyyədə təmin edilib və standartlara cavab verir”, – deyə o bildirib.