Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
Çinin “Quançjou” futbol klubu peşəkar statusunu itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komanda maliyyə problemlərinə görə Çin Futbol Assosiasiyasından lisenziya ala bilməyib.
Qeyd edək ki, “Quançjou” səkkizqat Çin çempionudur. Komanda iki dəfə isə Asiya Çempionlar Liqasının qalibi olub.