Putin – Uitkoff görüşünün təfərrüatı açıqlanıb
Kreml rəhbərinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bir neçə dəqiqə əvvəl başa çatan görüşü haqqında açıqlama verib.
Aztime.az xəbər verir ki, Y.Uşakovun fikirlərini “RİA Novosti” agentliyi dərc edib.
V.Putinin müşaviri Putinlə Uitkoff arasında baş tutan danışıqları faydalı və konstruktiv adlandırıb.
O deyib ki, müzakirələrin əsasını Ukrayna məsələsi, habelə Rusiya ilə ABŞ arasındakı strateji əməkdaşlığın mümkün inkişaf perspektivləri təşkil edib.
Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında baş tutan görüş başa çatıb.
Aztime.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş üç saata yaxın davam edib. Bundan sonra S.Uitkoffun da olduğu avtomobil karvanı Kremlin ərazisini tərk edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.