Avropa anbarlarında qaz ehtiyatları 70%-ə çatıb
Avropa İttifaqı (Aİ) ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 70 faizə çatıb.
Aztime.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Qeyd olunub ki, bu, son beş ildəki orta göstəricidən 7.8 faiz aşağıdır. Regionda gündə 300 milyon kubmetrdən yuxarı qazvurulma sürəti saxlanılır ki, bu da Aİ qaydalarının tələb etdiyi kimi, noyabrın 1-dək anbarların 90% doldurulması hədəf səviyyəsinə nail olmağı təmin etməyə qadirdir.
Məlumatda, həmçinin qeyd olunur ki, ötənilki istilik mövsümündə qış soyuq keçdiyindən Avropa ölkələri anbarlardakı ehtiyatları aktiv şəkildə istifadə etməyə məcbur olublar.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.