“Turan Tovuz” və “Traktor” yoldaşlıq oyunu keçirəcək
“Turan Tovuz” futbol klubu Cənubi Azərbaycanın tanınmış təmsilçisi “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşır.
Aztime.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev paylaşıb. O, şəxsi “Facebook” hesabında “Traktor”un loqosunu paylaşaraq bu görüşə eyham vurub.Məlumata görə, qarşılaşmanın iyulun 29-da Türkiyənin Bolu bölgəsində baş tutacağı ehtimal olunur. Oyunun rəsmi təsdiqi və əlavə detallarla bağlı yaxın günlərdə açıqlama gözlənilir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.