Mask yeni partiyasını qeydiyyatdan keçirmək üçün sənədləri təqdim edib
İlon Mask “Amerika” siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.
Aztime.az-ın xəbərinə görə, bu barədə müvafiq sənəd agentliyin portalında yerləşdirilib.
Müraciətə əsasən, partiya “Amerika” (America Party, AMEP) adlanacaq. Ərizə iyulun 6-da göndərilib. O hazırda FEC-nin ərizə və sorğular reyestrində “işlənməmiş” kimi qeyd olunub.
Xatırladaq ki, iyulun 5-də Mask “X” hesabında səsvermənin nəticələrinə əsasən siyasi partiya yaradacağını açıqlamışdı. İş adamı partiyanı yaratmaq məqsədini “azadlığın qayıdışı” elan edib. Səsvermədə 1,2 milyondan çox sosial şəbəkə istifadəçisi iştirak edib. 65,4% yeni partiyanın yaradılmasının lehinə səs verib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.