Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hataspor” klubu futbolçulara boyat çörək verir.
Məlumata görə, bu barədə komandanın futbolçusu Erce Kardeşlər danışıb.
“Mövsümün əvvəlindən komandaya sahib çıxan yoxdur. Nə öz stadionumuz var, nə də bazamız. Təsəvvür edin ki, futbol komandası görüşlərə hazırlanmaq üçün basketbol oynayırlar. 5 aydır boyat çörək yeyirik. Volkan Demirelin də bu səbəbə görə komandadan ayrıldığını düşünürəm. Əlbəttə bura kimi gəlmə səbəbimiz də odur. Amma 1 nəfərin əziyyəti ilə nəsə əldə etmək mümkün deyil”.
Qeyd edək ki, hazırda 34 xalı olan “Hatayspor” klubu autsayderlər qrupunda qərarlaşıb. Komanda son 5 görüşün 4-də məğlub olub, 1 dəfə isə heç-heçə edib.
Mənbə: Fanatik.com.tr