Tətil günlərində zəhərlənmə ehtimalı ilə KTM-ə yerləşdirilənlərin sayı açıqlandı
“Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, müraciət edənlərdən 14-ü alkoqol , beşi dərman, 10-u dəm qazı, beşi allergik reaksiya, ikisi botulizm, dördü isə sirkə turşusundan zəhərlənib.
“Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar”, – deyə o qeyd edib.
Aləmdə Nəsib