UEFA Millətlər Liqası: Azərbaycan millisi İsveç seçməsinə qarşı
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi İsveçlə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Qeyd edək ki, qarşılaşmanı Balaş Berkeyin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.
5 sentyabr
UEFA Millətlər Liqası
Qrup mərhələsi
Azərbaycan – İsveç
Saat 20:00, Tofiq Bəhramov Stadionu