Qalmaqallı müavinin yerinə yeni TƏYİNAT – FOTO
Qalmaqallı müavinin yerinə yeni TƏYİNAT – FOTO
Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini – İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.