“Qalatasaray”ın sabiq futbolçusu rəsmən “Sabah”da
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun saytının yaydığı məlumata görə, nigeriyalı vinger Cesse Sekidika bundan sonra komandanın uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Sekidika karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Leven” (2021) klublarında oynayıb.
Cesse “Sabah”da 70 nömrəli formada çıxış edəcək.