FHN-in generalı təqaüdə göndərildi: Yeni təyinat – FOTO
FHN-in generalı təqaüdə göndərildi: Yeni təyinat – FOTO
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.