AzQAC-ın baş katibi: “40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə çatdırana qədər buradayıq”
AzQAC-ın baş katibi: “40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə çatdırana qədər buradayıq”
“Artıq səkkizinci gündür ki, Ağdam-Xankəndi istiqamətində dayanmışıq. Bütün heyət olaraq, keçid üçün hələ də cavab gözləyirik”.
Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq səkkizinci gündür, müvafiq işçi heyəti ilə buradadırlar:
“Gördüyünüz kimi, çadırlarımız da, müvafiq işçi heyətimiz də, könüllülərimiz də buradadırlar və gözləyirik. Məqsədimiz ondan ibarətdir ki, gətirdiyimiz iki TIR, daha dəqiq desək, 40 ton unu Xankəndidə yaşayan erməni sakinlərə təhvil verək. Çatdırmasaq, əlbəttə, bu ərazidən getməyəcəyik”.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında 40 ton un var.