Yaponiyada istilər: Çox sayda adam ölüb
Yaponiyada iyulun 28-dən avqustun 3-dək başlayan istilər səbəbindən 9.5 mindən çox insan istivurma ilə təcili xəstəxanalara aparılıb, onlardan 18-i dünyasını dəyişib.
Aztime.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkədə təcili yardım funksiyasını yerinə yetirən Yanğından Mühafizə İdarəsindən məlumat verilib.
Bu insanlardan 225 nəfəri ağır vəziyyətdə üç həftədən çox müddətə xəstəxanaya yerləşdirilib. İstivurmadan əziyyət çəkənlərin demək olar ki, 58%-i 65 yaşdan yuxarı insanlar olub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.