SOCAR-dan “Ai-95” yanacağı ilə bağlı VACİB AÇIQLAMA
“SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95″ markalı yanacağın satışı dayandırılmayıb”.
Aztime.az xəbər verir ki, bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:
“Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95″ markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.