Ermənistana yeni konstitusiya lazimdır.!!
Aztime.az-ın erməni KİV-ə istinadən məlumatına görə, bu sözləri ölkənin baş naziri Nikol Paşinyan bu gün Ermənistanın əsas qanununun qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni əsas qanun müasir Ermənistanın aktual siyasi və sosial reallığını əks etdirməlidir.
“Bizə ölkəmizdə artıq bu gün mövcud olan reallıqlara uyğun olan konstitusiya lazımdır”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Diqqətəlayiq haldır ki, Ermənistan hakimiyyəti artıq yeni konstitusiya layihəsinin hazırlanmasına başlayıb. Hazırda rəsmi mövqe ondan ibarətdir ki, ölkənin əsas qanununun əvvəlki versiyaları “qeyri-legitim” olub. Daha əvvəl baş nazir Paşinyan Müstəqillik Bəyannaməsinin statusu ilə bağlı öz mövqeyini bildirərək deyib ki, o, yeni konstitusiyanın mətninə daxil edilməli deyil.
Ermənistanın ilk konstitusiyası 5 iyul 1995-ci ildə qəbul edilib, bundan sonra 2005 və 2015-ci illərdə keçirilən referendumlarda iki dəfə dəyişdirilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.