Bakıda evdən pul və qızıl oğurlanıb
Bakıda evdən pul və qızıl oğurlanıb
Bakının Binəqədi rayonu ərazisində evdən pul və qızıl oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Rayon ərazisindəki evdən 1 700 manat, 2 900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.