“Qarabağ” ispaniyalı futbolçu transfer etdi
“Qarabağ” növbəti transferini reallaşdırıb.
Aztime.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ispaniyalı futbolçu Conatan Montyeli heyətinə qatıb.
26 yaşlı hücumameylli yarımmüdafiəçi son olaraq İspaniyanın “Rayo Valyekano” klubunun şərəfini qoruyub. İyulun 1-dən azad agent statusuna malik Montyel vaxtilə İspaniyanın U-17, U-18 və U-19 millilərində də çıxış edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.