KİV: Almaniya Avropanın ən güclü ordusu olmaq üçün yenidən silahlanır
Almaniya hökuməti ölkə ordusunu Avropanın ən güclüsü etmək üçün onu yenidən silahlandırmaq qərarına gəlib.
Aztime.az bu barədə BZ nəşrinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, Almaniya müdafiə xərclərinə görə NATO ölkələrini ötməyi planlaşdırır.
Qeyd olunub ki, hökumət silah-sursatın alınması üçün 60-dan çox müqavilə bağlamağa hazırlaşır.
İyulun sonunda “Reuters” agentliyi mənbələrə istinadən yazmışdı ki, Almaniya hərbi büdcəsini dörd dəfədən çox artırmağa hazırlaşır və hazırda hərbi texnika üçün bir neçə milyard dollarlıq sifariş hazırlayır.
Məqalədə qeyd olunur ki, Almaniya Kansleri Fridrix Merts müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması məsələsində artıq deputatların dəstəyini də alıb.
Xərclərin 2026-cı ildə 83 milyard avroya çatacağı planlaşdırılır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.