Dominik Livakoviç “Fənərbağça”dan ayrılır
“Fənərbağça” klubunun xorvatiyalı qolkiperi Dominik Livakoviç ayrılmaq qərarına gəlib.
Aztime.az “Sportske Novosti” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı qolkiper rəhbərlikdən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini istəyib.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
Müqaviləsi 2028-ci ildə başa çatacaq olan Livakoviç karyerasını Avropada davam etdirmək istəyir.
Qeyd edək ki, Dominik Livakoviçin hazırkı dəyəri doqquz milyon avrodur.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.