Ağ Ev Hindistanı Rusiya-Ukrayna münaqişəsini maliyyələşdirməkdə ittiham etdi
ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirdiyini hesab edir.
Aztime.az-ın xəbərinə görə, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller “Fox Business”ə müsahibəsində bildirib.
“O, aydın şəkildə dedi ki, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir”, – deyə Miller vurğulayıb.
O qeyd edib ki, Tramp Ukraynadakı münaqişənin həlli üçün diplomatik və maliyyə üsulları da daxil olmaqla, bir sıra rıçaqları nəzərdən keçirir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.