Putin ölüm hökmünü geri qaytarır
Rusiyanın “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironov Rusiya prezidenti Vladimir Putindən “milli təhlükəsizliyə müasir təhdidlər” səbəbindən ölüm hökmünə qoyulan moratoriumun ləğvini xahiş edib.
Aztime.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Vahid dövlət hakimiyyəti sisteminə daxil olan orqanların əlaqələndirilmiş fəaliyyətini və qarşılıqlı fəaliyyətini təmin edən Konstitusiyanın təminatçısı kimi sizdən xahiş edirəm ki, ölüm hökmünün təyin edilməsi və icrasının mümkünlüyü ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə yenidən baxılmasının mümkünlüyünü nəzərdən keçirəsiniz”.
Mironov vurğulayıb ki, bu məsələnin açarı Konstitusiya Məhkəməsinin 19 noyabr 2009-cu il tarixli, ölüm cəzasına moratoriumun Rusiyanın Avropa Şurasına üzvlüyü ilə əlaqələndirilməsi qərarında qalır. Lakin onun sözlərinə görə, 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Rusiya artıq bu təşkilatın üzvü deyil.
“Ədalətli Rusiya”nın rəhbəri onu da vurğulayıb ki, Konstitusiyanın özündə ölüm cəzasına birbaşa qadağa yoxdur. Rusiyada edam cəzasına moratorium 1997-ci ildən qüvvədədir. Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkin qeyd edib ki, ölkədə ölüm hökmünün bərpası mövcud Əsas Qanuna dəyişiklik edilmədən mümkün deyil. Onun sözlərinə görə, Rusiya Konstitusiyası elə qurulub ki, ikinci fəslin hər kəsin yaşamaq hüququ və cəza növü kimi ölüm cəzası ilə bağlı müddəasını özündə əks etdirən 20-ci maddəsinin dəyişdirilməsi yeni Konstitusiyanın qəbulunu tələb edəcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.