Pol Poqba Fransa klubuna təklif olundu
Pol Poqba “Monako”ya keçə bilər.
Aztime.az xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, yarımmüdafiəçinin “Marsel” klubuna keçidi barədə yayılan məlumatlara baxmayaraq, bu transferin baş tutması çox çətin görünür.
Hazırda azad agent statusunda olan Poqba, yarımmüdafiəni gücləndirmək üçün variantlar axtaran “Monako”ya təklif olunub.
Qeyd edək ki, Poqba dopinq səbəbilə diskvalifikasiya olunduğu üçün klubsuz qalıb. “Yuventus” onunla müqaviləni ötən ilin noyabrında ləğv edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.