Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılığa gəliblər.
Aztime.az Oxu.Az istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan məlumat verib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti əsir, girov və itkin düşmüş şəxslərlə bağlı Ermənistan və Azərbaycan komissiyalarının nümayəndələrinin iclas keçirdikləri barədə məlumat yayıb.
“Bəli, görüş baş tutub. Bu, ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu işin davam etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm. Mən vaxt çərçivəsini deməyəcəyəm, lakin birgə əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı ilkin razılıq var”, – Abazyan bildirib.
Xatırladaq ki, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək məqsədilə Ermənistan və Azərbaycan komissiyalarının əvvəlki iclası fevralın 7-də baş tutub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.