İranın tanınmış din xadimi ayətullah Nuri Həmədani: “Xalq daha bizə inanmayacaq”
“Xalq görsə ki, biz ruhanilərin sözümüz və əməlimiz eyni deyil, daha bizə inanmayacaq”.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İranın tanınmış din xadimi ayətullah Nuri Həmədani bəyan edib.
O, bir sıra mollalara xalqın inamının itdiyini bildirib və bəzi minbərlərdən səslənən sənəd-sübutsuz çıxışları kəskin tənqid edib.
“Maraqlıdır, niyə uzun illər çalışmış minbər əhli tərəfindən heç bir nəzarət yoxdur? Bəziləri dini məsələlərlə bağlı bir qisim insanların fikirlərini təhrif edirlər. Zamanın müəyyən hadisələrini məsələlərə və ya insanlara uyğunlaşdırmaq düzgün deyil. Bizim vəzifəmiz Quranın və Əhli-beytin dediklərini ifadə etməkdir. Xalq da öz gücü və idrakı ilə inancını ən gözəl şəkildə qoruyub-saxlamağa borcludur!” – deyə o bildirib.