Azərbaycanda tələbə qızılcadan öldü
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
“Report”un Muğan bürosunun məlumatına görə, rayonun Sabirabad kənd sakini, Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, dekabrın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.