“Fənərbağça” səfərdə “Trabzonspor”a qalib gəldi
Türkiyə Super Liqasında 11-ci tur davam edir.
Oxu.Az xəbər verir ki, turun mərkəzi görüşü bu gün baş tutub.
“Trabzonspor” “Fənərbağça”nı qəbul edib. İlk hissədə qonaqların heyətində Fred hesabı açıb. Lakin meydan sahibləri ikinci hissədə Simon Banzanın dublu ilə önə keçiblər. Daha sonra, Edin Ceko hesabı bərabərləşdirib, yekunda isı “Fənərbağça” qələbə qazanmağı bacarıb. Oyunun əsas vaxtına artırılan 12-ci dəqiqədə Sofyan Amrabat qalibiyyət topunu vurub – 3:2.
11-ci tura noyabrın 4-də “Samsunspor” – “Antalyaspor” matçı ilə yekun vurulacaq.
Türkiyə Super Liqası
11-ci tur
“Trabzonspor” – “Fənərbaxça” 2:3
Qollar: Simon Banza, 59-pen. 67-pen. – Fred, 42, Edin Ceko, 75, Sofyan Amrabat, 90+12
“Bodrum” – “Alanyaspor” 0:0
“Eyüpspor” – “Hatayspor” 2:0
“Konyaspor” – “Başakşehir” 3:2