Kamçatkada güclü ZƏLZƏLƏ: Üç rayona sunami xəbərdarlığı verilib
Rusiyanın Kamçatka diyarında 6.8 maqnitudalı afterşok qeydə alınıb.
Aztime.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin yerli bölməsi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 25.9 km dərinlikdə olub, episentri isə öz növbəsində Petropavlovsk-Kamçatskdan 279 km aralıda yerləşib.
İlkin məlumata görə, Petropavlovsk-Kamçatskda yeraltı təkanların intensivliyi dörd bal olub.
Afterşokdan sonra Kamçatkanın üç rayonuna hündürlüyü 19 sm-ə qədər olan sunaminin yaxınlaşması mümkündür.
Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.