Con Cons özünü UFC-nin əbədi çempionu elan etdi
Ağır (120 kq-a qədər) və yüngül çəkidə (93 kq-a qədər) keçmiş ikiqat UFC çempionu 38 yaşlı amerikalı Con Cons pərəstişkarlarının tənqidinə cavab verib.
Aztime.az xəbər verir ki, Cons “X” sosial şəbəkəsindəki səhifəsində yazıb:
“Mən dərhal dəqiqləşdirməliyəm – əbədi çempion. UFC-də qazandığım bütün uğurlardan sonra, yenə də hər səhər oyandıqda özümü dünya çempionu kimi hiss edirəm. Bu hissi heç kim məndən ala bilməyəcək”, – idmançı bildirib.
Qeyd edək ki, amerikalı idmançı 2008-ci ildən 2024-cü ilə qədər peşəkar yarışlarda iştirak edib. Onun hesabında 28 qələbə və bir məğlubiyyət var.
Bir çox analitiklər və döyüşçülər onu qarışıq döyüş sənəti tarixində ən böyük döyüşçü hesab edirlər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.