Tomas Müller bahalı transfer əvəzinə ağac əkməyi təklif edir
Münhenin “Bavariya” klubunun təcrübəli hücumçusu Tomas Müller futboldakı müasir transfer qiymətlərini tənqid edərək, onları şişirdilmiş və absurd adlandırıb.
Aztime.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə CBS agentliyinə müsahibəsində deyib.
“150 milyon avro nə deməkdir? Bu, sürrealdır. Bu, sadəcə klublar arasında aparılan danışıqlarda bir rəqəmdir. 150 milyonun nə demək olduğunu kim başa düşə bilər? Siz bu pula Neymarı almayacaqsınız, amma əvəzində çoxlu sayda ağac əkmək mümkündür. Belə bir məbləği obyektiv şəkildə necə qiymətləndirək? 150 milyonla çox faydalı iş görmək olar”, – deyə T.Müller qeyd edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.