Dioqu Jota və qardaşı yanaraq tanınmaz hala düşüblər
İngiltərənin “Liverpul” klubunun və Portuqaliya yığmasının futbolçusu Dioqu Jotanın faciəli ölümünün yeni təfərrüatı məlum olub.
Aztime.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Qeyd olunur ki, ağır qəza Dioqu Jotanın idarə etdiyi “Lamborghini” markalı idman avtomobilinin təkərinin partlaması nəticəsində meydana gəlib.
Belə ki, təkər partlayandan sonra idarəetmədən çıxan avtomobil xəndəyə yuvarlanıb və yanıb.
Həmçinin məlum olub ki, qəza Dioqu Jotanın yüksək sürətlə digər avtomobili ötdüyü vaxt baş verib.
Dioqu Jota və qardaşı ağır şəkildə yandığından, cəsədlərin kimə məxsus olduğunu müəyyən etmək mümkün olmayıb. Yalnız avtomobilin dövlət nömrə nişanları yoxlanıldıqdan və sonradan məhkəmə-tibb ekspertizası aparıldıqdan sonra futbolçu və onun qardaşının şəxsiyyəti müəyyən edilib .
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.