Baydenə Avropa liderlərindən gizli zənglər edilir
ABŞ-nin sabiq prezidenti Co Bayden bildirib ki, Avropa və ABŞ-dan olan siyasətçilər onunla bu gün də məsləhətləşirlər.
Aztime.az-ın “The Wall Street Journal”a istinadla verdiyi xəbərə görə, Bayden bu fikirləri San-Dieqoda keçirilən İnsan Resurslarının İdarə olunması üzrə mütəxəssislərin SHRM konfransında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi əvvəlki administrasiyanın gördüyü işlər hazırkı hakimiyyət tərəfindən puç edilir.
“Mənə zənglər gəlir. Təfərrüata varmayacağam, buna ixtiyarım yoxdur, amma bir sıra Avropa liderləri məndən məsələyə qoşulmağımı xahiş edir. Mən bunu etmirəm, amma məsləhət verirəm”, – deyə o bildirib.
Bayden əlavə edib ki, onunla təkcə Demokratlar deyil, həm də Respublikaçılar Partiyasının senatorları məsləhətləşirlər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.