Hindistanın şərqindəki Odişa ştatında bir neçə qatarın toqquşması nəticəsində azı 288 nəfər ölüb, 900-ə yaxın adam yaralanıb. Rəsmilərin verdiyi məlumata əsasən sərnişin qatarının vaqonları relsdən çıxıb, qarşıdan gələn sərnişin ekspressi ilə toqquşub. Bu, Hindistanda 1980-ci illərdən bəri ən böyük qatar qəzasıdır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, qurbanların sayı arta bilər. Qəza yerinə Artıq 200-dən çox təcili yardım maşını gəlib və xilasetmə əməliyyatı davam edir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.