Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib – FOTO
Şərq Tərəfdaşlığı çərçivəsində İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib – FOTO
Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir deyib ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman ilə görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib: “Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq istiqamətləri müzakirə edilib”.
Avropa Komissiyasının qonşuluq və genişlənmə (@eu_near) danışıqları üzrə baş direktoru Gert Yan Kopman (@GertJanEU) ilə görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə etdik:
– Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri… pic.twitter.com/J0V4yZn16P
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 3, 2024