Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi
Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi
Türkiyə Superliqası komandalarından “Hatayspor”un çalışdırıcısı Volkan Dəmirəl istefa verib.
Klub çempionatda keçirdiyi son 10 matçda 7 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə qazanaraq aşağı liqa zonasına düşüb.
Sona 4 tur qalmış 33 xalı olan “Hatayspor” hazırda 18-ci pillədədir.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov məhz bu klubun heyətində çıxış edir.