“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
“Fənərbağça” klubu Anhel Di Mariyanı transfer etmək üçün təklif göndərib.
Məlumata görə, İstanbul nəhəngi “Benfika”nın argentinalı ulduz futbolçusunu heyətinə qatmaqda maraqlıdır.
Klub Di Mariyaya 1+1 illik müqavilə və 6 milyon avro maaş təklif ediblər.
Qeyd edək ki, “Benfika” klubu “Fənərbağça”ya təkliflə bağlı nə mənfi, nə də müsbət cavab verməyib.
Mənbə: Sporx.com